XƏBƏRDARLIQ! – Xəstəliklər artacaq

    15

    “Yayda haradasa 10-15 gün dəhşətli istilər olacaq”

    Hurriyyet.org bildirir ki, bu barədə Cebhe.info-ya Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov məlumat verib. Onun sözlərinə görə, bu ilin havaları 1957-1958-ci illərin havalarını xatırladır:

    “Onda da mayın əvvəlində qəfil istilər düşdü. Hər kəs birdən-birə pencəyini soyundu və yay paltarlarına keçdi. İndi də şəhərdə gənclərin yay paltarları geyindiyini görürəm”.

    Metroloji silahlardan istifadə olunması haqqında iddiasını bir daha səsləndirən Telman Zeynalov bildirdi ki, bunun nəticəsində quraqlıq gözlənilə bilər:

    “Elə quraqlıq yarada bilərlər ki, biz kənd təssərrüfatı mallarını baha qiymətə ala bilərik. Bunlar hamısı qərb dövlətlərinin Rusiyanın başında oynadığı oyundur. Biz də qonşu olduğumuza görə, zərbəsi bizə də dəyir”.

    Ekoloq yayın gah isti, gah da sərin keçəcəyini deyir. Onun sözlərinə görə, bu da xəstəliklərin artmasına səbəb ola bilər.