XƏBƏRDARLIQ – Sabah başınız ağrıya bilər

    6

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah hava şəraitinin bəzi insanlar üçün diskomfort yarada biləcəyi barədə məlumat verib.

    Hurriyyet.org xəbər verir ki, tibbi-meteoroloji proqnoza əsasən, mayın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. Ancaq buna baxmayaraq axşam saatlarında durğun hava şəraiti diskomfort hissi yarada bilər.