Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılıb. 13 may 2015-ci ildə Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb.