Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının geyim forması təsdiqləndi – FƏRMAN

    18

    Prezident İlham Əliyev bu gün fərman imzalayıb.

    Hurriyyet.org bildirir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilib.

    Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Xarici Kəşfiyyat Xidməti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.