Xankəndində üsyan hazırlığı: Bakı hərəkətə keçə bilər

    3

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin keçmiş “müdafiə naziri”, hazırda həbsdə olan Samvel Babayan Xankəndində “məxməri inqilab” hazırlayır.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti şəxsi mənbələrə istinadən yazıb.

    Qəzet qeyd edir ki, Xankəndində erməni hərbi-siyasi mənbələri Savel Babayanın həbsdən azad olunandan sonra Qarabağa gedəcəyindən və orada inqilab törədəcəyindən əmindirlər.

    “Babayanın siyasi meydana qayıdışından ciddi narahatlıq var”, – deyə qəzet yazıb.

    Məlumata görə, digər narahatlıq Azərbaycanın Qarabağda ermənilər arasında qarşıdurmanın başlamasından istifadə edərək, ordunu Xankəndinə yeritməsi ilə bağlıdır.

    Qeyd edək ki, S. Babayan ötən il keçmiş prezident Serj Sarkisyana qarşı sui-qəsd ittihamı ilə həbs olunub.