“Xankəndinin statusu bərpa edilməlidir və…” – Deputatdan TƏKLİF

462

“Azərbaycanın qədim şəhərlərindən olan Xankəndinin statusu bərpa edilməlidir”.

Bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib.

“Xankəndinin statusunun bərpa edilməsi Azərbaycanın orada suverenliyini göstərən amil olacaq. Həmçinin, Xankəndi şəhərinin dövlət strukturları formalaşdırılmalı, bu şəhərin büdcəsi ayrıca bir maddə kimi 2021-ci ilin müdcəsinə salınmalıdır.

Düşünürəm ki, ümumilikdə növbəti bir neçə il üçün hərbi sahəyə ayrılan vəsait xüsusi seçilməlidir. Azərbaycanda hərbçi, müəllim və həkim yüksək maaş almalıdır. Hörmətli Baş nazirdən xahiş edirəm ki, bankların kredit faizlərinin aşağı salınması ilə bağlı götür-qoy etsinlər. İstənilən ölkə üçün müharibədən sonra büdcə qurmaq çətindir. Ancaq Azərbaycan bu problemi yaşamır”, – deyə deputat bildirib. \\Redaktor