Xamaneinin ölüm xəbəri ilə bağlı açıqlama

327

Hurriyyet.org xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamaneinin öldüyü ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərlə bağlı Xamaneinin ofisinə yaxın bir mənbədən açıqlama verilib.

“Röyters” informasiya agentliyinin “Fars” agentliyinə istinad elədiyi məlumatında Xamaneinin səhhətinin yaxşı olduğu bildirilib.

Bəlli olduğu kimi, şənbə günü bir iranlı jurnalist sosial mediadakı hesabında İranın dini lideri Xamaneinin sağlamlıq problemləri ilə əlaqədar vəzifəsini oğluna tapşırdığını iddia eləmişdi. Bundan sonra sosial şəbəkələrdə 81 yaşlı Xamaneinin ölümü ilə bağlı şayiələr yayılmağa başlamışdı.