Xamanei İordan çayının qərbində yaşayanları silahlanmağa çağırdı

30

Hurriyyet.org xəbər verir ki, İranın ali dini lideri Əli Xamanei “Tvitter” hesabındakı açıqlamasında İordan çayının qərb sahilində yaşayah əhalini silahlanmağa çağırıb: “İordan çayının qərbində yaşayanlar da qəzzalılar kimi silahlanmalıdırlar. Fələstinlilərin yaşadıqları çətinlikləri azalda biləcək yeganə şey gücdür. Güzəştə getmək bu qəsbkar, pisniyyət və qurda bənzəyən quruluşun zalımlığını az da olsa, azaltmayacaqdır”.

Qeyd edək ki, İsrail mətbuatının yazdığına görə, ölkənin baş nazir Benyamin Netanyahu ötən gün yeni koalisiya hökumətinin formalaşdırılması ilə bağlı keçirilən dövlət tədbirində başçılıq etdiyi hökumətin əsas siyasətini açıqlayıb. O bildirib ki, İrana qarşı tədbirlər, İordan çayının qərb sahilində salınan yəhudi yaşayış massivlərinin və İordan vadisinin üzərində suverenliyi elan etmək, koronavirus pandemiyasına qarşı mübarizə, fələstinlilərin Beynəlxalq Cinayətlər Məhkəməsi və sair istansiyalarda Təl-Əvivə qarşı qaldırdığı şikayətləri dəf etmək hökumətinin əsas 4 prioritet proqramlarıdır.

Hurriyyet.org