Xalqlar və insanlar

204

Böyük fransız mütəfəkkiri Şarl Lui Monteskyenin “İran məktubları” əsərini tərcümə edərkən, yumşaq desək, bir qəribə fikirlə rastlaşanda diksindim. Məsələ belədir: Monteskye yazır ki, Fransada hər hansı bir şəxsin arvadının məşuqəsi olduğu məlum olanda heç kim təəccüb eləmir. Hətta hansı bir cavan ər arvadının bu hərəkətini biləndə, yəni arvadının məşuqəsi olduğunu öyrənəndə təəccüblənib və əsəbiləşirsə, bunu eşidən bütün başqa kişilər ona gülürlər.

Deməli, hələ Monteskye dövründən Fransa qadınlarının üzr istəyirəm, “fahişəliyi” fransızlar üçün çox adi haldır və bu da hamıya məlumdur. Lakin dünyada fransızlar kimi cəmi üç-dörd böyük millət göstərmək olar. Bu, özünü ilk növbədə onda göstərir ki, nəinki fransız xalqı, dünyanın yüz böyük dahisi sıyahısına ən çox adam verən xalqlardan biri və bəlkə də birincisidir. Eyni zamanda fransızların böyüklüyü onların azadlıq eşqlərində və bu azadlıq, bu ədalət və demokratiya uğrunda ölümə getməyə hazır olmaqlarındadır. Mən hələ vətən uğrunda mübarizəni demirəm.

Lakin etiraf etmək lazımdır ki, fransız dövlətlərinin siyasi mübarizələrdə tutduqları mövqe heç də onların böyüklüyünə uyğun gəlmir. Fransızlar demək olar ki, iki hadisəni nəzərə almasaq, daim mənfur və rəzil rus çar imperiyasının siyasətinə züy tutublar. Həmin iki hadisə sərkərdə Napoleon Bonapartın 1812-ci ildə Rusiyaya hücum edib onun paytaxtını alması, yəni Rusiya üzərində qələbəsi və 1853-cü ilin oktyabrında İngiltərə ilə bərabər Türkiyəni müdafiə üçün Rusiya ilə Krım müharibəsinə başlamasıdır. Vəssalam.

Bütün bunlar ona görə yadıma düşür ki, bu yaxın günlərəcən Fransanın ən imponent prezidenti Emmanuel Makronun Aralıq dənizində gəmilərin yolunu kəsib, vətəndaş müharibəsinin içində olan Liviyaya xarici gəmilərin buraxılmaması haqqında BMT qərarının öhdəliklərini yerinə yetirərkən necə deyərlər, fahişəliyə yol verməsidir. Məsələ bundadır ki, Makron güclü hərbi hava və dəniz qüvvələri ilə Liviyada vətəndaş müharibəsi aparan tərəflərin heç birinə dəstək vermədən, hərbi müdaxilənin qarşısını almalı ikən, Türkiyənin qabağını alıb, Rusiya gəmilərinə xəlvəti yol verib. Və yalnız Rusiya Liviyanı hərbi texnika canlı qüvvələrlə doldurandan sonra Amerika peykləri vasitəsilə ifşa olunan Fransa missiyasını yarıda qoyub, Aralıq dənizindən çəkilib getdi.

 

Axı niyə Fransa kimi böyük və güclü ölkə Türkiyənin üstünə xoruzlanıb Rusiyanın qabağında dombalır. Çünki arvadı gözünün qabağında (Çox güman ki, Makronun arvadı da bu işlə məşğul olub) fahişəlik edəndə hansı xarakteri nümayiş etdirirsə, Aralıq dənizində də həmin hərəkəti etmiş olur.
Beləliklə, əzabkeş Liviya xalqı azğın və mənfur Rusiyadan hər cür hərbi kömək alan satqın marşal xəlifə Haftarın əlində avara qalıb. Necə ki, 10-15 ildir qəhrəman Suriya ərəbləri mənfur Bəşər Əsədin əlində əsir-yesir qalıb. Çünki burada da Rusiya dincliyə, rahatlığa imkan vermir.

Bir az xoş səslənməsə də, məsələyə başqa rakursdan nəzər salaq: Azərbaycan xalqı və Azərbaycan kişiləri üçün arvadın xəyanəti bağışlanmaz şeydir və əgər belə bir hadisə aşkar olarsa, kişi dərhal ya arvadı, ya da aşnanı məhv edəcək. Bəzən isə hər ikisini. Bu da azərbaycanlıları bu cəhətdən fransızlardan yüz qat, min qat yüksəyə qaldırır. Lakin bir məsələ var ki, min il sonra (əgər insanlar qırılıb qurtarmasa) kim biləcək, kim oxuyacaq, kimin vecinə olacaq ki, min il qabaq, yüz illərdən bəri Azərbaycan xalqının kişiləri ailə namusunu hər şeydən üstün tutmuş, fransızların isə bu heç vecinə gəlməyibdir. Min il sonra onu fikirləşəcək, onu düşünəcək, onu deyəcəklər ki, fransız xalqı daim azad, fransız dövləti daim müstəqil olub və fransız xalqı azadlıq və müstəqillik uğrunda daim kütləvi halda qəhrəman kimi vuruşmuş və qəhrəmanlıq möcüzələri göstərmişdir. Azərbaycan xalqı isə yüz illərdir necə zülm və əsarət altındadır və bu gün də nə gündədir, hamıya məlumdur. Məsələ heç də xalqın sayının azlığında və çoxluğunda deyil.

Üstəlik, Azərbaycan xalqını da, maşallah, bir yerə yığsan fransızlara yaxın olar. Dünya bu cür qəribə əhvalatlarla doludur. Hər xalqın taleyində müsbət və mənfi cəhətlər istədiyin qədərdir. Yalnız bir neçə xalq – xüsusilə ruslar, farslar və ermənilər demək olar ki, tamamilə mənfi xüsusiyyət daşıyırlar. Bu xalqların hər üçü bəşəriyyətin kürəyində iyrənc bir yara və xəstəlikdir. Və mən hey düşünürəm ki, nolaydı, ay Allah, bu üç xalqın birdən-birə sayı onda birə qədər azalaydı. Onda, bilirsizmi, dünya necə gözəl, azad, firavan və rahat olardı.Hurriyyet.org

Əlisa NİCAT