Xalqın güzəranının pisləşməsinə sevinən Milli Şuraya müxalifətdən sərt reaksiyalar

207

 

Son aylarda Milli Şura onlayn iclaslarını əks etdirən biabırçı videoların yayılması ilə daha çox gündəmə gəlir. İndiyədək söyüş, təhqir, müxalifət partiyalarını aşağılayan, geyləri müdafiə edən videogörüntülər ortaya çıxmışdı. Qurum üzvlərinin daha bir “Zoom konfransı”nın görüntüləri yayılıb. Bu dəfə  MŞ-nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xalqı çətin durumda görməyə sevindiklərini etiraf edib.

G.Hacıbəyli sərt karantinin davam etməsindən sevincini gizlətmir və açıq şəkildə mövcud vəziyyətin onlara sərf etdiyini söyləyir: “Karantin qaydalarının uzanmasından narahat olmağa dəyməz. Bu bizə sərf edir. Bu, birmənalı olaraq belədir ki, karantin indiki halda bizə sərf edir. Ona görə sərf edir ki, evdə oturan, işləməyən və maddi təminatı aşağı olan insanların etirazı artır. Buna isə sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.

Koordinasiya Mərkəzinin konfransında iştirak edən Cəmil Həsənli və digər MŞ üzvləri Hacıbəylinin dediklərini dəstəkləyirlər.

Digər müxalif qüvvələrin bununla bağlı mövqelərini öyrəndik.

Ağ partiya başqanı Tural Abbaslı Rauf Arifoğlunu dəstəklədi - YouTube

Tural Abbaslı: “Allah Azərbaycanımızı belələrindən qorusun”

AĞ Partiya başqanı Tural Abbaslı sərt mövqe sərgilədi: “Əvvəla onu qeyd edim ki, bu cür məxfi yolla əldə olunan videomateriallarla siyasi rəqabət doğru deyil. Bu, məsələnin bir tərəfi və bu tərəfdə bizim mövqeyimiz aydındır. O ki qaldı materialın məğzinə və görüntülərə, buna ancaq təəssüf edirəm. Biz AĞ Partiya olaraq müxalif mövqedən çıxış edirik və iqtidarın addımlarını dəstəkləmirik. Hər bir partiya kimi bizim də məqsədimiz partiyamızı iqtidara gətirməkdir. Ancaq bu zaman ”nəyin bahasına olursa-olsun biz iqtidar olmalıyıq” prinsipindən və düşüncəsindən uzağıq. Əsas məqsədimiz güclü, qüdrətli və rifahlı Azərbaycandır. Elə iqtidara gəlməyi də bu yolda vasitə kimi görürük. Yoxsa xalqın vəziyyətinin ağırlaşmasını gözləmək, buna sevinmək və demək ki, nəticədə biz qalib olacağıq, bu, siyasi baxımdan xalqa xəyanətdir. Bir siyasətçi necə deyə bilər ki, biz xalqın vəziyyətinin ağırlaşmasına sevinməliyik ki, onlar da narazı elektorat olacaq?! Eyni məntiqlə bu siyasətciklər xalqın vəziyyətinin yaxşılasmasına və rifahına üzülməlidirlər ki, bizim elektorat azalacaq. Yəni videomaterialdan anlaşılan o oldu ki, bu insanların məqsədləri xalqın rifahının yaxşılaşması yox, yalnız iqtidar olmaqdır. Mən ümumiyyətlə belə ifşalardan sonra onların hansı üzlə hələ də xalqın qarşısına çıxdıqlarına təəccüblənirəm. Xalqdan heç bir üzr istəmədən, peşmançılıq hissini ifadə etmədən yenə də çıxıb guya ki, “ümumi maraqları naminə” danışırlar. Belə yerdə atalarımızın yaxşı bir sözünü xatırlatmaq istərdim: “Utanmasan oynamağa nə var ki”. Allah Azərbaycanımızı belələrindən qorusun”.

ALDP MƏTBUAT XİDMƏTİ: Fuad Əliyev: Onu kim deyirsə, özünün başı ...

Fuad Əliyev: “Bu qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır”

ALDP rəhbəri Fuad Əliyev isə təəccüblənmir: “Bu qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirirlər. Neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclasda bu qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırıb. İndi isə COVİD-19-a görə karantinin uzadılmasını istəyir. Bunlar başa düşmürlər ki, karantinin uzadılması və yaxud ləğv olunması ölkədə epidemioloji vəziyyətdən asılıdır. Bunlar heç vaxt xalqı düşünməyiblər və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət edirlər. Bunlar ”Azərbaycan xalqına nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış edirlər. Müxalifət ondan ötrüdür ki, hakimiyyət uğrunda mübarizə aparsın, hakimiyyətin səhflərini göstərsin, tənqid etsin. Xalqa öz iqtisadi və siyasi proqramları nıtəqdim etsinlər. Bunların işi isə şərləmək, ağa qara, qaraya ağ deməkdən ibarətdir. İclasların birində özləri də bunu etiraf ediblər ki, “bizim işimiz hakimiyyəti şərləməkdir”. Bunlar bu düşüncə yanaşma ilə hakimiyyətə gələ bilməyəcəklər. Xalq pandemiya dövründə sosial problemlərin dərinləşməsinə görə zövq alan və sevinənlərin dalınca getməyəcək”.

Belə görüşləri olduqca əhəmiyyətli hesab edirəm" - Arzuxan Əlizadə ...

Arzuxan Əlizadə: “Bu ”siyasətçi”nin təfəkkürünə mat qalmamaq mümkün deyil”

AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin də mövqeyi fərqli deyil: “Milli adlandırılan, əslində isə video formatlı iclaslarının vaxtaşırı ictimailəşdirilməsi və bu iclaslarda ölkə gündəmi ilə əlaqədar məsələlərə sərgilədikləri münasibətləri ilə millilikdən çox uzaq olduqları bəlli olan bu qurumun ölkənin əsas müxalif təşkilatı kimi təqdim olunması tendensiyası ilə birmənalı olaraq razı deyiləm. Bunu olduqca səhv hesab edirəm. Müxalif camiə yekcins deyil və təbii ki, məsələlərə münasibəti də fərqlidir. Lakin hesab edirəm ki, istənilən mövqe dövlətçilik maraqları və milli maraqlarla uzlaşmalıdır. Bu baxımdan adı çəkilən qurumun rəhbərliyində təmsil olunan şəxslərin fikirlərini dövlətçiliyimizə və milli maraqlarımıza zidd və ziyanlı hesab edirəm. Son videoda səsləndirilən fikirlərə gəldikdə isə açığı, heç bir parametri ilə buna layiq olmadan iki dönəm deputat mandatı daşıyan bu ”siyasətçi”nin təfəkkürünə mat qalmamaq mümkün deyil. Siyasətlərini Azərbaycan vətəndaşlarının iqtisadi durumunun pisləşməsi üzərində quran belə zehniyyətə malik şəxslər düşünürəm ki, gedib yaxşı bildikləri peşə ilə məşğul olsalar, bəlkə də, cəmiyyət üçün daha faydalı olarlar”. “Yeni Müsavat”