Xalq rəssamı vəfat etdi

    12

    Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov vəfat edib.

    Hurriyyet.org APA-ya istinadən xəbər verir ki, o, bu gün evində dünyasını dəyişib.

    Tokay Məmmədovla vida mərasiminin keçiriləcəyi məkan və dəfn olunacağı yer dəqiqləşdirilir.

    Tokay Məmmədov Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.