“Xahiş edirəm, seçkilərə qarışmayın” – Tramp Putinlə zarafatlaşdı

    36

    Bu gün Yaponiyanın Osaka şəhərində "G20" sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü başlamazdan öncə maraqlı hadisə yaşanıb.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı jurnalistlər dövlət başçılarından görüş zamanı həmkarından ABŞ-dakı seçkilərə qarışmamağı tələb etməyi bildiriblər.

    Tramp isə öz nəvbəsində belə deyib: "Əlbəttə, mən bunu edəcəm".

    Daha sonra Tramp üzünü Putinə çevirərək gülümsəyərək iki dəfə təkrarlayıb: "Xahiş edirəm, seçkilərə qarışmayın".

    Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.