Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, qəza Gəndob-Yalama yolunun Xaçmaz ərazisindən keçən hissəsində qeydə alınıb.
“Qazel” markalı yük maşını ilə “Daewoo” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəsarətləri yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.