Xaçmazda kütləvi yoluxma var? – TƏBİB-dən AÇIQLAMA

102

Xaçmaz rayonunda koronavirus infeksiyasına kütləvi yoluxma ilə bağlı müxtəlif xəbərlər yayılıb. Rayonun Köhnə Xaçmaz kənd ərazisində və Xaçmaz şəhərində 80-100 nəfərin koronavirusa yoluxması bildirilir. Sosial şəbəkələrdə yayılan müxtəlif xəbərlər sakinləri ciddi narahat edir.

Bununla bağlı Sonxeber.az-da danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: “Məndə belə bir məlumat yoxdur. Bu gün brifinq keçiriləcək. Keçiriləcək brifinqdə bütün məlumatlar vətəndaşlarımızın nəzərinə çatdılacaq”.