Xaçmazda həmyerlisini döyən şəxs tutuldu

210

Xaçmaz şəhərində xuliqanlıq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 3-ü saat 11 radələrində Xaçmaz şəhəri ərazisində Ağtala kənd sakini İ.İsmayılovun xuliqanlıq zəminində döyülməsi və “VAZ-2106” markalı avtomobilinin yan şüşəsinin sındırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən T.Hümbətov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.