Xaçmazda dəhşətli gecə – ÖLƏNLƏR VAR

120

Xaçmaz rayonu ərazisində baş verən yol nəqliyyat hadisələri zamanı iki piyada dünyasını dəyişib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Xaçmazın İstisu qəsəbəsində yolu keçmək istəyən Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Nurməhəmməd Sabir oğlu Seyidəliyevi və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İbrahim Arif oğlu Şahbazovu avtomobil vurub.

N.Seyidəliyev hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Şahbazov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Piadanın vurulması ilə nəticələnən digər bir hadisə isə Xaçmaz şəhərinin Bakı prospektində qeydə alınıb. Hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçən piyada, 1965-ci il təvəllüdlü Oqtay Hüseynovu vurub. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümükün olmayıb.

Faktlarla bağlı araşdırma aparılır.