Xaçmaz sakini içkidən zəhərlənib öldü

114

İçkidən zəhərlənən Xaçmaz sakini dünyasını dəyişib

Xaçmaz rayon sakini içkidən zəhərlənib.

Belə ki, rayonun Nərəcan kənd sakini ,1996-cı il təvəllüdlü Mehrab Baratov zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, M.Baratov spirtli içkidən zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.