Xəstələr bu dərmanı reseptsiz atmamalıdırlar – Xəbərdarlıq

117

Dektametazon dərmanı ilə müalicə ölkəmizdə də tətbiq olunur.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Bu, yeni müalicə üsulu deyil, həmişə tətbiq olunub. Bu dərmandan bronxial astma, arı sancması zamanı da istifadə oluna bilər. Məqsəd virusun orqanizm toxumasını zədələməsinin qarşısını almaqdır. Lakin vətəndaşlar bu dərmandan reseptsiz istifadə etdiyi təqdirdə immunitet sistemini zəiflədə bilərlər”.

Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov əlavə edib ki, vətəndaşlar apteklərdəki bu dərmanı reseptsiz alıblar: “Belə dərmanın ölkədəki epidemioloji vəziyyəti pisləşdirməsini nəzərə alaraq, reseptsiz istifadəsi yolverilməzdir. Son mərhələlərdə virusun vurduğu zədə nəticəsində toxumanı xilas etmək üçün sözügedən dərmandan istifadə edirik”. \\Teleqraf