Xəsislik, yoxsa səhlənkarlıq? – Təkrar istifadə olunan maskaların TƏHLÜKƏSİ – VİDEO

87

ya fərdi şəxslərin “nano maska” adlandırdıqları və poliester parçadan istifadə edərək hazırladıqları qara maskalardan geniş istifadə olunur.

ARB Xəbər-də məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Belə maskaların satışına apteklərdən başqa sosial səbəkələrdə də rast gəlirik. Sakinlər bu maskaları uzunömürlü hesab etdikləri üçün taxdıqlarını deyirlər.

Nə vaxtdandır istifadə edirsiz?

Sakin: “Elə bu qərar çıxandan. Bir dəfə almışam, istifadə edirəm”.

Sakin: “Hər gün evə getikdən sonra yuyuram, səhər yenə taxıram”.

Sakin: “İşə gedəndə istifadə edirəm, axşam evə qayıdanda yuyuram”.

Ömürünü süni şəkildə uzatdığımız maskalardan istifadə etməyən sakinlər də kifayət qədər çoxdur. Fikirlərini isə belə əsaslandırırlar.

Sakin: “Bir dəfə aldım yuyandan sonra qapqara kir töküldü”.

Sakin: “Öyrəşdiyimizə görə bu maskalardan istifadə edirik”.

Sakin: “Uzun ömürlü maskaların heç vaxt xeyiri olmur”.

Apteklərdə eşitdiklərimizdən də o qənaətə gəlmək olar ki, qara maskanı bir dəfə alan bir də aptekə qayıtmır.

Əczaçı: “İndi yaydır, istidir, ona görə çox almırlar”.

Əczaçı: “Elə də olmur, o birisilər daha çox alınır”.

Mütəxəssislərsə bu maskaların koronavirusa qarşı qoruyucu təsiri olmadığını deyirlər.

Aytən Ziyadova – İnfeksionist: “İnsanlar arasında evdə hazılanmış, digər qara parçalı maskaları istifadə etdiklərini görürük. Bunların qoruyuculuğu yoxdur. Doğru istifadə etməməyimiz təqdirdə, sizi yoluxdurmağa səbəb olacaqdır. Ümumiyyətlə parça maskadan istifadə etməyi məsləhət bilmirik. Bəzi şəxlər maska istifadə edərkən, maskanı çənəsinə doğru çəkir. Bu, infeksialaşmağa gətirib çıxara bilər. Çənəyə çəkilərsə, stolun üstünə qoyularsa, sterilliyi pozulacadır”.

Həkimlərin fikirlərinə görə, “yuyula bilən maska”dan istifadə ediriksə, o zaman onun saxlanılmasına xüsusi diqqət yetirməliyik. Üzümüzdə olmadığı vaxt bükülmüş şəkildə təmiz yerdə, qabında və ya hər hansı sellofan torbada saxlamaq məsləhətdir. Əks halda bu maskalar qoruyuculuqdan çox təhlükə mənbəyi ola bilər.