“WhatsApp” istifadəçilərinin məlumatları “Facebook”a ÖTÜRÜLƏCƏK

258

“WhatsApp” messenceri hazırda qüvvədə olan istifadəçi razılaşmasını yeniləyib.

Yeni qaydalara əsasən, “WhatsApp” istifadəçilərin fərdi məlumatları “Facebook” və şirkətə aid olan digər sosial şəbəkələrə ötürüləcək.

Qeyd olunur ki, bu, istifadəçilərin vərdişləri və zövqlərinin analizi üçün edilir.

Qeyd edək ki, “Facebook” “WhatsApp”la yanaşı, həm də “Instagram” və “Facebook Messenger”in sahibidir. \\Modern.az