WhatsApp-da koronavirusa görə YENİ FUNKSİYA İŞƏ DÜŞDÜ

42

WhatsApp messencerində qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb.

Hazırda qrupa 4 deyil, 8 nəfər qoşula bilər. Daha əvvəl bu funksiya test versiyalarda mümkün olub. Onun aktivləşməsi üçün tətbiqetməni yeniləmək lazımdır.

İştirakçıları qrupa əlavə etmək ardıcıllığı əvvəlki kimidir: “Yeni qrup yarat”, “Formatı seç” (audio, video) və “Lazımi istifadəçiləri daxil et”.

Qrup söhbətlərində istifadəçi sayının artırılması zərurəti koronavirus pandemiyası ilə əlaqələndirilib. Şirkətdən verilən açıqlamada deyilir:

“Pandemiya səbəbindən çoxları dostlarından və ailəsindən uzaq qalıb. Bu səbəbdən istifadəçilər daha çox audio və video zənglərdən istifadə etməyə başlayıb. Bu səbəbdən qrup söhbətləri üçün istifadəçilərin sayı artırıldı”. \\Qafqazinfo.az