“WAYFAİR” QALMAQALI – İtmiş uşaqlar elektron ticarət saytında satılır?

102

Hurriyyet.org xəbər verir ki, ABŞ-da “Wayfair” adlanan elektron ticarət saytı vasitəsilə mebel və dekorasiya ləvazimatları adı altında uşaq ticarəti aparıldığı iddia edilir.

Saytdakı olduqca baha qiymətlər “Tvitter” və “Reddit” kimi şəbəkələrin istifadəçilərinin diqqətini cəlb edib.

İtkin düşdükləri barəsində elan verilən uşaqlarla eyni adları daşıyan dolab, çəkməcə və xalça kimi əşyaların bazar qiymətindən çox baha qiymətə satışa çıxarılması ağıllarda “Wayfair uşaq ticarəti aparılırmı?” sualını doğurub.

Bunun bir nəzəriyyə, yoxsa acı həqiqət olduğu hələ bilinmir. Wayfair rəhbərləri isə Newsweek jurnalına açıqlamasında bildiriblər: “Bu iddialarda həqiqət payı yoxdur. Düzdür, satıcı tərəfindən təqdim edilən fotolar və izahlar məhsulu və qiymətini tam olaraq açıqlamır, bunu qəbul edirik. Bu səbəbdən həmin məhsulları müvəqqəti olaraq saytdan çıxardıq”.

PIZZAGATE qalmaqalı

Wayfair  elektron ticarət saytı ilə bağlı iddialar, 2016-cı ildəki PizzaGate qalamqalını xatırladıb.

İddiaya görə, ABŞ-da Demokratlar partiyasının dəstəkçilərindən olan Ceyms Alefantisin idarə elədiyi Comet Ping Pong adlı pizza restoranında uşaqlar işgəncə və istismara məruz qalıblar.

O dövrdə Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klintonun seçki kampaniyanın başçısı olan Con Podestanın elektron poçtlarını sızdıran Wikileaks, partiya üçün maliyyə mənbələrindən birinin Comet Ping Pong adlı pizza restoranı olduğunu aşkara çıxarmışdı.

“Reddit”də gündəmə gələn iddiaya görə, Podestanın elektron poçtlarında pizza haqqında istifadə elədiyi teminlərin pedofillərin istifadə elədiyi şifrəli dil olduğu irəli sürülmüşdü, məsələn “pendir” dedikdə qız, “makaron” dedikdə oğlan uşaqları nəzərdə tutulurmuş.

ABŞ-ın irəlidə gedən investorları və siyasətçilərinin adlarının Pizza Gate qalmaqalı ilə hallanmasına baxmayaraq, məsələ ilə bağlı konkret fakt ortaya qoyulmayıb.

Hurriyyet.org