“Washington Post” Türkiyə ilə Azərbaycanın hərbi əməkdaşlığından yazıb “Türkiyə Liviyada müharibənin balansını dəyişmək üçün hərbçi göndərdi”

162

Hurriyyet.org xəbər verir ki, ABŞ-da dərc  olunan “Vaşinqton Post” qəzeti Türkiyə ordusunun Osmanlı inperatorluğundan bəri ilk dəfə regional təsir dairəsini bu qədər genişləndirdiyini yazıb. Liviyadakı müharibənin balansını dəyişdirmək üçün Türkiyənin bu ölkəyə hərbçi göndərdiyi ifadə edilən yazıda deyilir: “Türkiyə əsgəri Suriya, İraq, Qətər, Somali və Balkanlarda fəaliyyət göstərir. Eyni zamanda Aralıq dənizi və Egey dənizində də patrulluq edir”.

Türkiyənin son illərdəki regional təsir dairəsini genişləndirməsi Qərb mediasında geniş əks-səda doğurub. Türkiyə Silahlı Qüvvələrini son illərdə regional təsir dairəsini genişəndirməsi bir çox ölkəni narahat edib.

Məqalədə I Dünya müharibəsindən bəri Türkiyənin ən böyük hərbi əməliyyatını Suriyada həyata keçirdiyi diqqətə çatdırılıb.

Məqalədə Türkiyənin Azərbaycandakı hərbi təsirinin də artdığı vurğulanıb: “Türkiyənin Azərbaycanda bir hava bazasına çıxışı var”.

“Vaşiqnton Post” yazır: “Türkiyə Azərbaycanın hərbi texnikasını modernləşdirməyi və yeni müdafiə sistemləri, o cümlədən, Türkiyə istehsalı olan dronları, raketləri və radioelektron döyüş qurğularını tədarük eləməyi öhdəsinə götürüb”.

https://www.washingtonpost.com/business/energy/mapping-the-turkish-militarys-expanding-footprint/2020/08/28/0ac8a114-e8e3-11ea-bf44-0d31c85838a5_story.html