Vyanada terror aktının qurbanlarının sayı dörd nəfərə çatıb

63

Hurriyyet.org xəbər verir ki, Avstriyanın paytaxtı Vyana şəhərində baş vermiş terror aktının qurbanlarının sayı 4 nəfərə çatıb. 14 nəfər yaralı var.

Dünən gecə Vyanın mərkəzində ard-arda atəş açılıb. Hücumların obyektlərindən birinin sinaqoq olduğu bildirilir. Avstriyanın kansleri Sebastyan Kurts baş vermiş hadisənin terror aktı olduğunu bildirib. Rəsmi açıqlamaya görə, hücum edənlərin biri öldürülüb, digəri axtarışdadır. Avstraiyanın Daxili İşlər naziri Karl Nehammer atəş açanın İŞİD terror qruplaşmasının üzvü olduğunu bəyan edib.