Vüqar Məmmədov seçicilərini görüşə çağırdı – GÖRÜŞ FEVRALIN 2-DƏ BAŞ TUTACAQ

    39

    25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd, "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov seçiciləri ilə böyük görüşə hazrlaşır. Hurriyyet.org bildirir ki, namizəd bu barədə özü sosial şəbəkədə məlumat paylaşaraq seçicilərinə xitab edib:

    "Dəyərli seçicilərim. Vaxt darlığından hamınızla bir-bir görüşmək faktiki olaraq mümkün deyil. Ona görə də fevralın 2-si bazar günü "Laçın" Ticarət Mərkəzinin arxasında yerləşən "Siyaqut" şadlıq sarayında saat 12.00-dan 15.00-a qədər görüşümüz olacaq. Bütün seçicilərimi həmin görüşə dəvət edirəm.
    Hörmətlə, gələcək deputatınız Vüqar Məmmədov"