Vulkan püskürdü və onlarla ev yox oldu

    21

    Havay adalarında Kilaueva vulkanının püskürməsi zamanı 31 ev yox olub.
    Hurriyyet.org xəbər verir ki, Xalqinfo.az türk mediasına istinadla verdiyi məlumata görə, vulkan lavası yerdən 61 metr hündürlüyə püskürüb. Ərazidən 700 min insan təxliyə edilib. Minlərlə insan isə evinin məhv olacağı narahatlığını yaşayır. 37 yaşlı Havay sakini Amer Kane Leilani Estates bölgəsindəki 3 otaqlı evinin lava altında qaldığını bildirib.
    Vulkan püskürməsi elektrik xətlərini sıradan çıxardığı üçün bölgədə elektrik enerjisinin verilməsi də dayandırlıb.
    Xatırladaq ki, dünyanın ən aktiv vulkanlarından olan Kilauela 1983-cü ildən püskürür. Püskürmədən sonra lavaların 36 min kvadratmetr əraziyə yayıldığı bildirilir.