“Virusun Çindəki laboratoriyadan çıxdığına dair dəlilləri gördüm” – TRAMP

48

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yeni tipli koronavirusun Çinin Vuhan şəhərindəki bir laboratoriyadan çıxdığı ilə bağlı dəlilləri şəxsən gördüyünü bildirib.

Ağ Evdə “yaşlıların qorunması” mövzusundakı tədbirdə iştirak edən Tramp “Vuhanın Virusologiya İnstitutunun yoluxmanın mənbəyi olduğuna dair sizə tam əminlik verən bir dəlil gördünüzmü?” sualının cavabında “Bəli, gördüm” cavabını verib.

Tramp deyib: “Tədqiqatçılarımız Çinin bunu qəsdən, yoxsa səhvən etdiyini araşdırırlar. Hazırda sizə bundan artıq məlumat verə bilmərəm”.

“ÜST Çinin ictimaiyyətlə əlaqələr agentliyi kimi işləyir”

Tramp Kovid-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatını ittiham edərək deyib: “ÜST xəcalət çəkməlidir. Çünki Çinin ictimaiyyətlə əlaqələr agentliyi kimi işləyir. Biz hər il bu təşkilata 500 milyon dollara yaxın vəsait verdiyimiz halda, Çin sadəcə 38 milyon dollar ödəyir. Az, yaxud da çox olması fərq eləmir. Bu adamlar qorxunc səhvlər, xüsusilə də dünyada yüzminlərlə insanın ölümünə səbəb olacaq səhvlər etdiyi halda, ÜST-ün bir bəhanəsi ola bilməz”.

Tramp Çin ilə ticarət razılaşmasının imzalanmasından qısa müddət sonra Kovid-19 epidemiyasının meydana çıxdığını vurğulayaraq deyib: “Çin vaxtında bu virusun qarşısını ala bilərdi. İndi bütün dünyaya yayılıb”.

Hurriyyet.org