“Virusa qalib gəlməyin tək yolu, yoluxma zəncirinin qırılmasıdır” – ADİL QEYBULLA

408

Aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Belə olan halda sərt karantin rejimi yenidən tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı tibb professor, həkim Adil Qeybulla Hurriyyet.org-un suallarını cavablandırıb. O bildirib ki, virusa qalib gəlməyin tək yolu, yoluxma zəncirinin qırılmasıdır:

“İlk növbədə karantin davranış qaydalarına ciddi əməl etmək lazımdır. Burdan sərt karantin rejimi elan olunur, bir tərəfdən isə ictimai nəqliyyatda qaydalar pozulur. Sərt karantin rejiminin elan olunması nəyi dəyişir?…Karantin rejiminin üumi tələblərinə hamı bir nəfər kimi əməl etməlidir. Vrusa qalib gəlmək üçün yoluxma zənciri qırılmalıdır. Çünki, böyük bir sayda yoluxma qeydə alınır. Ailələr bütövlükdə yoluxur. İnsanlar bir-birini yoluxdurmaqda davam edir. Bu yoluxma zəncirini qırmaq üçün, təcili vaksinlərin vurulmasına başlanılmalıdır. Belə olan halda müəyyən qədər də olsa yoluxma zəncirini  qırmaq olar.  Ya da ki, təcili sərt tədbirlər görülməlidir. İstənilən halda yolxuma zənciri qırılmasa virusun yayılması davam edəcək”.

YƏHYA