“Virus 16 gün fərqlə Ermənistandakı dinamikasını bizdə təkrarlayır” – İLQAR MƏMMƏDOV

63

“Hələ azı iki həftə yoluxma sayı indiki ortalama səviyyəsindən aşağı düşməz”

“10 gün əvvəl fərz etdiyimiz təəssüf ki, təsdiqlənir: bizdə virusa yoluxma Ermənistandakı dinamikanı təxminən 2 həftəlik fərqlə təkrarlayır”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

“Ermənistanın rəqəmlərinə baxıb iki həftədən sonra bizdə olacaq vəziyyəti görmək olurdu”

“Bu qrafiki əvvəlcə iyunun 24-də tərtib edib paylaşmışdım, fikir vermişdim ki, elə bil Ermənistan və Azərbaycan hökümətlərinin nə etməsindən asılı olmayaraq, virus öz ağılındadır və 16 gün fərqlə Ermənistandakı dinamikasını bizdə təkrarlayır. Yəni Ermənistanın rəqəmlərinə baxıb iki həftədən sonra bizdə olacaq vəziyyəti görmək olurdu”,-deyə partiya sədri əlavə edib.

“Virus istilər səbəbilə dincəlmək istəməsə…”

İ.Məmmədov təəssüf  edir ki, son 10 gündə bu gedişat ancaq təsdiqini tapdı: “O deməkdir ki, virus istilər səbəbilə dincəlmək istəməsə, hələ azı iki həftə yoluxma sayı indiki ortalama səviyyəsindən aşağı düşməz”.

“Birinci qrafik faktiki dinamikaları əks elətdirir. İkinicisində isə, Ermənistanın xəttini 16 gün geri (vizual olaraq irəli) atmışam-gəlir bizim göstəricilərlə uyğunlaşır”,-deyə partiya sədri diqqətə çatdırıb.

Şamo EMİN, Hurriyyet.org