Vilayət Eyvazov Zeynalovun vəzifəsini yüksəltdi

    12

    Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalov vəzifəsindən azad edib.

    V.Eyvazovun əmri ilə Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Təhqiqat şöbəsinin rəisi təyin olunub.

    BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. /report/