Vilayət Eyvazov onu “Ekologiya postu”na komandir TƏYİN ETDİ

    36

    Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, idarənin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə polis mayoru Mərdan Mehdiyev təyin edilib.

    O, daha əvvəl idarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

    Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

    V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.