Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis TƏYİN ETDİ

    21

    Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

    Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Priyev gətirilib.

    BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini müvəqqəti olaraq R.Priyev icra edirdi.

    Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

    Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

    Rəşad Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.