Videokonfrans vasitəsilə ölüm cəzası verildi – TARİXDƏ İLK

60

Sinqapur Ali Məhkəməsi tarixdə ilk dəfə “Zoom” platformasında videokonfrans vasitəsilə ölüm cəzası verib.

Hurriyyet.org xəbər verir ki, onlayn məhkəmə iclası zamanı 37 yaşlı Malayziya vətəndaşı narkotik qaçaqmalçılığına görə məhkum olunub.

Həmin şəxs 20 qram heroinin Malayziyadan Sinqapura keçirilməsində təqsirli bilinib.

Koronavirus pandemiyası ilə əlaqədar Sinqapurda bütün məhkəmə iclasları videokonfrans formatında keçirilir.