Vidadi Zeynalov restoran işlətməyə başladı – Xanımı da aşbaz… – FOTO

    36

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

    Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

    Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.

    Vidadi Zeynalov restoran işlətməyə başladı –Xanımı da aşbaz…(FOTO)