“Vəziyyət gərgindir, ciddi pozuntular var” – Vaşadzenin seçki qərargahının rəhbərindən AÇIQLAMA

    9

    Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin seçki qərargahının rəhbəri Georgi Vaşadze birləşmiş müxalifətin ofisində keçirdiyi mətbuat konfransında səsvermə prosesinin ciddi pozuntularla müşayiət edildiyini bildirib.

    Hurriyyet.org Teleqraf.com-a istinbadən xəbər verir ki, G.Vaşadze deyib ki, bu gün vəziyyət seçkinin birinci turunda olduğundan daha gərgindir. O cümlədən Qurcaani bələdiyyəsində məntəqə seçki komissiyasının üzvü müxalifət nümayəndəsini binadan çölə çıxarıb. Buna səbəb isə seçicilərin bülleteni göstərməyə məcbur edilməsinin müşahidəçilər tərəfindən aktlaşdırılması olub.

    “Oxşar hadisə Tbilisinin Didube rayonundakı 29 saylı seçki məntəqəsində də baş verib. Belə ki, seçki məntəqəsini tərk edən xarici müşahidəçini qeyri-qanuni təbliğatla məşğul olmaqda ittiham edərək, akt tərtib ediblər”, – deyə G.Vaşadze bildirib.

    G.Vaşadze Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanı müşahidəçilərə işləmək üçün şərait yaratmağa çağırıb.