Vergidən yayınan şirkət 1 milyon manatlıq TENDERİ UDDU

72

“TALEH – A.T.” müəssisəsi  Xaçmaz şəhərinin daxili küçələrinin təmiri və yenidən qurulması işlərini həyata keçirəcək.

Xaçmaz Rayon İcra Hakimiyyəti adıçəkilən şirkəti müvafiq tenderin qalibi elan edib. Tender müqaviləsinə əsasən, qurum şirkətə 953 054 manat ödəyəcək.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, “TALEH – A.T.” müəssisəsi malların dəyərini azaltmaqla vergidən yayınıb.\\İndex.az