Veqan pəhrizinin təhlükəli xüsusiyyəti açıqlandı

168

Ətsiz pəhrizə üstünlük verənlər arasında sümük sınıqlarına daha tez-tez rast gəlinir. TASS-ın məlumatına görə, “Oxford” Universitetindən olan britaniyalı həkimlər bu barədə araşdırma aparıblar. Bildirilir ki, elm adamları ilk dəfə olaraq fərqli pəhrizə riayət edən insanların sümük sınıqlarına nə dərəcədə meyilli olduğunu hərtərəfli araşdırıblar.

“Məlum oldu ki, veqanlar ət yeyənlərə nisbətən sümük zədələnməsinə daha həssasdır. Bu xüsusən omba sümüklərinin sınıqlarında (digərlərinə nisbətən 2,3 dəfə daha tez-tez baş verir) özünü göstərib”, – deyə tədqiqatçılardan Temmi Tong vurğulayıb.

Ətdən imtina adətən arıqlamağa gətirib çıxarır, müəyyən xərçəng növlərinin yaranma ehtimalını azaldır və damar sağlamlığını yaxşılaşdırır. Ancaq bununla belə bitki əsaslı pəhriz insanı lazımlı bütün vitaminlər və amin turşuları ilə təmin etmir.