Venesuela rəhbəri ABŞ-ın vitse-prezidentini zəhərli ilan adlandırdı

    3

    Venesuela prezidenti Nikolas Maduro Amerikanın vitse-prezidenti Mayk Pensi zəhərli ilan adlandırıb.

    Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, Maduro “Nə vaxt ki, zəhərli ilan ağzını açır, o zaman mən özümü güclü hiss edirəm” deyib.

    Venesuelan lideri qeyd edib ki, onun ölkəsi hər zaman ABŞ-a qalib gəlib və bundan sonra da gələcək.

    Maduro əvvəlki açıqlamalarında Venesuelanı xalqa məxsus sərvəti paylamaqda lider olduğunu demişdi.

    Maykl Pens isə bu ölkədə “qəddar diktatura”nın hökm sürdüyünü bəyan eləmişdi.

    Altunay, Hurriyyet.org