Venesuela hərbçiləri ABŞ təyyarəsini vurdular

72

Hurriyyet.org xəbər verir ki, Venesuela ordusu ölkənin hava məkanını pozmuş ABŞ təyyarəsinin vurulduğunu bildirib. Komandanlıq yanan təyyarənin fotoşəkillərini paylaşıb.

Venesuela Silahlıq Qüvvələrinin Strateji Əməliyyat Komandanlığının “Tvitter” şəbəkəsindəki açıqlamasında deyilir: “8 iyul tarixində, səhərə yaxın ölkənin hava məkanında ABŞ nömrə nişanlı hava nəqliyyatı aşkar edilib və qanunlara uyğun şəkildə hərbi təyyarələrimiz tərəfindən zərərsizləşdirilib”.

Yanmış təyyarələrin fotolarında onun üzərindəki N339AV nömrəsi dəqiq şəkildə görünür. “Flightradar” xidmətinin məlumatına görə,  bu, “Hawker 800” tipli şəxsi təyyardir. Təyyarənun hadisədən əvvəlki gün icazəli şəkildə Meksikanın üzərindən uçduğu bildirilir.

Təyyarənin heyəti və daşıdığı yüklə bağlı məlumat verilməyib. Bu cür hadisələrin əsasən narkotik qaçaqmalçılığı ilə əlaqədar olduğu iddia edilir. 900 kq yük daşıya bilən belə bir təyyarənin ikinci əl qiyməti təxminən 2 milyon dollar olur.

Venesuela Müdafiə Nazirliyi ötə ay ölkənin qərbində bir təyyarənin vurulduğunu bildirmişdi. Həmin təyyarənin narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi güman edilirdi.

Hurriyyet.org