Venesuela ABŞ-a məxsus təyyarəni məhv etdi – Səbəbi…

60

Venesuela hərbçiləri ölkənin hava məkanını pozan ABŞ-a məxsus narkotik daşıyan təyyarəni vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Nestor Reverol bildirib.

“Suliya ştatında ölkənin hava məkanını qanunsuz olaraq keçən Amerika qeydiyyat nömrəli narkotik maddə daşıyan təyyarə zərərsizləşdirildi”, – deyə nazir bildirib.

Reverol Tvitterdə vurulan təyyarənin fotolarını yayımlayıb.

Venesuela hərbçiləri narkomafiyanın istifadə etdiyi naməlum təyyarələri tez-tez vururlar. Amerika qeydiyyat nömrəli təyyarənin zərərsizləşdirildiyi sonuncu belə hadisə bu ilin iyul ayında baş vermişdi.

Venesuela Prezidenti Nikolas Maduro 2013-cü ildə ölkənin hava məkanında narkomafiyaya məxsus istənilən təyyarənin vurulmasına icazə verib. Qanun layihəsinin təşəbbüskarı Maduronun sələfi Uqo Çaves idi.