Velosiped sürən məşhur şirkət direktorunu maşınla vurub qaçdılar – FOTO

93

Fransanın “Bonduelle” konservləşdirilmiş tərəvəz şirkətinin baş direktoru Jerom Bondüel yol qəzasında ölüb.

Bu barədə BFMTV xəbər yayır.

Bədbəxt hadisə şənbə gününə keçən gecə Lill şəhərində baş verib.

Belə ki, həyat yoldaşı və dostları ilə birgə şəhər ətrafında velosiped sürən Bondüeli maşın vurub və sürücü hadisə yerindən qaçıb.

Xilasedicilərin və həkimlərin səylərinə baxmayaraq, Bondüel vəfat edib.

Qeyd edək ki, “Bonduelle” məhsulları “Cassegrain” brendi ilə bir çox dövlətlərə təqdim edilir.\\Oxu