Vəkillər Kollegiyası Adil İsmayılovla bağlı qərarını LƏĞV ETDİ

    51

    Vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti bərpa edilib. Bu barədə Adil İsmayılov şəxsi feysbuk profilində məlumat paylaşıb. Hurriyyet.org həmin paylaşımı təqdim edir.

    “Dostlar, əzizlərim. Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi. Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər. Bundan sonrakı fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri ttmasına, vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam.

    İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki varsınız və mənimləsiniz. Eyni zamanda vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxlərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!”.