“VAZ” markalı avtomobil dərəyə aşıb, bir nəfər ölüb

66

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda “VAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasediciləri 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.