OMON, Nizami Rəmzi və Qaladərəsi…

    9

    Vaxtilə bizim təhlükəsizliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda vuruşan insanları həbsxanaya “yem etməyin” heç bir mənası yoxdur. OMON-çuların Qarabağa gedən yolu açılmalıdır. Biz onların döyüşmək və gərəkirsə qəhrəman kimi həlak olmaq arzusuna ehtiramla yanaşmalıyıq. Çünki hər kəsin öz vətəni uğrunda döyüşmək və ölmək haqqı var. Habelə, sabah müharibə başlayacağı təqdirdə kimin – biz “məsumların”, yoxsa “günahkar” OMON-çuların vətən üçün daha faydalı olacağı, kimin ona göstərilən etimadı daha çox doğruldacağı bəlli deyil. Bunu yalnız və yalnız müharibə müəyyənləşdirə bilər. Və onlar bu müharibəyə hazırdır…