Vatiyyə bazası Həftər yaraqlılarından alındı – Paytaxt Tripoliyə hücumlar buradan edilirdi

72

Hurriyyet.org xəbər verir ki, Liviya ordusunun Vatiyyə Hərbi Bazasını Həftər milislərinin işğalından xilas elədikləri bildirilir.

Xəbər verdiyimiz kimi, Liviya ordusunun hava qüvvələri son 48 saat ərzində BƏƏ-nin Həftər milislərinə verdiyi 2 ədədi Vatiyyə bazasında olmaqla, ümumilikdə 3 ədəd Rusiya istehsalı olan Pantsir hava hücumundan müdafiə sistemini məhv edib (https://www.hurriyyet.org/xeber/liviya-ordusu-turkiye-silahlari-ile-rusiya-mudafie-sistemini-mehv-etdi/).

Vatiyyə bazası Liviyanın qərbi üçün çox mühümdür.

Qiyamçı general Xəlifə Həftərin 2019-cu ilin aprel ayında paytaxt Tripoli şəhərinə hücum əmri verməsindən sonra, qiyamçılar hərbi təyyarələrlə paytaxt ətrafını vurmaq üçün Vatiyyə bazasından istifadə edirdilər.

Hurriyyet.org