Vaşinqtondakı iğtişaşlarda 2 rusdilli qadın saxlanılıb

66

Vaşinqtonda komendant saatını pozmaqda təqsirli bilinən rusdilli Yevgeniya Malimon adlı qadın polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Y.Malimon saxlanılan zaman rus dili tərcüməçisi istəyib. Məlumata görə, həmçinin yanvarın 6-da Kapitoliyə hücum zamanı 28 yaşlı Kristina Malimon adlı qadın saxlanılıb. Kristinanın Oreqon Gənc Respublikaçılar hərəkatının lideri olduğu məlum olub.

Bildirilib ki, onlar polis əməkdaşlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Kapitolidə Konqresin binasına daxil olmağa səy ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.