Hurriyyet.org xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində baş verən silahlı hücum nəticəsində bir nəfər həlak olub, beş nəfər isə yaralanıb.
Polis məmurları hücumun Ağ Evdən 3 km məsafədə yerləşən Kolumbiya Hayts rayonunda baş verdiyini bildirirlər. Xəstəxanada müalicə alan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis məmurları hücum edən şəxsin hələlik ələ keçmədiyini bildirirlər.
Hurriyyet.org