“Vaşinqton Post”: Kaşıkçını niyə öldürdükləri BƏLLİ OLDU

    24

    Hurriyyet.org xəbər verir ki, ABŞ-da dərc edilən “Vaşinqton Post” qəzeti jurnalist Camal Kaşıkçının qətlinin arxasında Səudiyyə krallığının ailəsi içərisindəki toqquşma və düşmənliyin durduğunu iddia edib: “Camal Kaşıkçının amansızlıqla qətlə yetirilməsinin arxasında Səudiyyə Ərəbistanının krallıq ailəsi içərisində vəliəhd şahzadə Məhəmməd bin Salmanın paranoyya və mühakiməsizliyinə rəvac verən qüvvələr toqquşması durur”.

    Səudiyyə kralı Abdullahın 2015-ci ilin yanvarındakı ölümündən sonra xanədan içərisində iqtidarı ələ keçirmək mübarizəsinin başlandığını bildirən müəllif, Kral Abdullahın oğlu Turki bin Abdullah tərəfdarları ilə vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfdarları arasında “detektiv romanlarından geri qalmayan” çəkişmələr baş verdiyini vurğulayıb: “Xanədan içərisindəki bu qanunsuzluq və hikkə girdabı Kaşıkçını da içinə çəkdi. Kəşfiyyat dəlillərini nəzərdən keçirən ABŞ və Səudiyyə mütəxəssislərinin təməl nöqtəsi budur: Kaşıkçı, Riyaddakı krallıq tərəfindən göndərilən 18 ay əvvəl yaradılmış, sürətli işləmək bacarığına malik bir qrup tərəfindən öldürüldü.Kaşıkçının təhrikedici çıxışları, Qətər və Türkiyə ilə əlaqəsi getdikcə avtoritarlaşan vəliəhd şahzadəni qəzəbləndirirdi və 2018-ci ilin iyulunda o, (Kaşıkçının) “geri qaytarılması” əmrini verdi. ABŞ kəşfiyyatı,üç ay sonda Kaşıkçının İstanbulda itkin düşdüyü günə qədər bunu tam anlaya bilmədi”.

    Hurriyyet.org