“Vaşinqton Post”: “BƏƏ agenti Türkiyədə yaxalandı”

66

Hurriyyet.org xəbər verir ki, ABŞ-da dərc edilən “Vaşinqton Post” qəzeti Türkiyədə Birləşmiş Ərəb Əmirlikləri üçün casusluq elədiyi şübhəsi ilə yaxalanan 45 yaşlı İordaniya vətəndaşı Əhməd əl Astalın təqsirini boynuna aldığını yazıb. Şübhəlinin bu həftə məhkəməyə çıxarılmağı gözlənilir.

Astalın əsas vəzifəsinin Türkiyədəki siyasi hadisələr barəsində informasiya vermək və sürgündə yaşayan ərəb müxalifləri izləmək olduğu barəsində məlumat paylaşılıb.

Xəbərdə Türkiyədə son 2 il ərzində 3 dəfə BƏƏ üçün casusluq etmələrində şübhələnilən şəxslərin yaxalandıqları da qeyd edilib.