Vasif Talıbov Naxçıvan Mərkəzi xəstəxanasında komputer müayinəsindən keçib

1083

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Mərkəzi Xəstəxanasını ziyarət edib.

Ovqat.com-un əldə etdiyi məlumata görə, ziyarətdən əvvəl xəstəxananın ətrafı xüsusi nəzarətə götürülüb.

Sədrin xəstəxanada komputer müayinəsindən keçdiyi xəbər verilir.

Məlumatlara inansaq, Ali Məclisin bir çox əməkdaşlarında koronavirus yoluxması aşkarlanıb. Vasif Talıbovun da məhz bu səbəbdən proflaktik yoxlamadan keçmiş ola biləcəyi bildirilir.

Cənab Sədrə Ulu Yaradandan möhkəm can sağlığı diləyirik.